UFC: Ferqyuson Porye ilə döyüşdə Həbibi əvəzləməyə hazırdı

UFC: Ferqyuson Porye ilə döyüşdə Həbibi əvəzləməyə hazırdı

Yüngül çəkidə sabiq UFC çempionu Toni Ferqyuson Həbib Nurməhəmmədov və Dastin Porye arasında keçiriləcək döyüşdə iştirakçıları əvəzləməyə hazırdı.

"Həbib - Porye qarşıdurmasının qalibi ilə döyüşməkdə maraqlıyam. Kəmər uğrunda döyüşdə onlardan birini əvəzləmək lazım gəlsə, buna da hazıram. Hazırda ən önəmli məqsədim Həbiblə bağlıdı. Kəməri mənə verin", - deyə amerikalı idmançı bildirib.

Ferqyuson son döyüşünü iyunun 9-da UFC-238-də Donald Serroneyə qarşı keçirib və qələbə qazanıb.

Qeyd edək ki, Nurməhəmmədov - Porye qarşıdurmasının qalibi sentyabrın 7-də Əbu-Dabidə müəyyənləşəcək.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR