Ukrayna klubu karantinə alındı

Ukrayna klubu karantinə alındı

Ukrayna klubu "Prikarpatye"də koronavirusa kütləvi yoluxma halı baş verib.

Sport7.az xəbər verir ki, bu haqda 1-ci liqa təmsilçisinin rəsmi saytında məlumat yerləşdirilib. Məlumata görə bir gündə 25 nəfərdə infeksiya aşkarlanıb. Yalnız 5 futbolçu və 3 məşqçinin testi mənfi çıxıb. Xəstələrin əksəriyyəti ikinci, bəziləri isə üçüncü dəfə virusa yoluxub.

Bütün komanda karantinə alınıb.

"Prikarpatye" 14 turdan sonra turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR