Ukrayna klubuna koronavirus şoku

Ukrayna klubuna koronavirus şoku

Ukrayna "Metallurq"unda kütləvi koronavirus infeksiyasına yoluxma halı aşkarlanıb.

Sport7.az xəbər verir ki, Zaporojye klubunun futbolçularının test nəticələri ürəkaçan olmayıb. Test 32 futbolçudan 13-də müsbət nəticə göstərib. Klubun mətbuat xidməti virusa yoluxanların vəziyyətlərinin yaxşı olduğunu açıqlayıb. Həmin oyunçulardan 5-i xəstəxanaya yerləşdirilib, 8-i isə evində həkim nəzarətindədir.

Ukrayna birinci liqasının XXIV turunda baş tutmalı olan "Rux" - "Metallurq" oyunu təxirə salınıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR