Ukrayna klubunun bütün qapıçıları koronavirusa yoluxdu

Ukrayna klubunun bütün qapıçıları koronavirusa yoluxdu

Ukrayna Premyer Liqasının 10-cu turunda keçirilməsi planlaşdırılan "Olimpik" - "Zarya" matçı təxirə salınıb.

Sport7.az xəbər verir ki, bu haqda Ukrayna Premyer Liqasının rəsmi saytında məlumat yer alıb. Buna səbəb meydan sahiblərində koronavirusa kütləvi yoluxma halının aşkarlanmasıdır.

Ən pisi də odu ki, "Olimpik"də sağlam qapıçı qalmayıb. Bu üzdən Donetsk təmsilçisində U-19 və U-21 komandalarının görüşləri də gerçəkləşməyəcək.

"Olimpik" - "Zarya" matçı noyabrın 21-də keçirilməli idi. Qarşılaşmanın yeni tarixi ilə bağlı qərar daha sonra açıqlanacaq.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR