Çumbinyo 13 aydan sonra geri döndü

Çumbinyo 13 aydan sonra geri döndü

Milli oyunlarla bağlı yaranmış fasilə ilə əlaqədar olaraq "Qarabağ"ın "Qəbələ" ilə hazırlıq matçına cıxdığını bildirmişdik. Sport7.az xəbər verir ki, bu oyunda diqqət çəkən ən vacib olay yarımmüdafiəçi Çumbinyonun  1 il 1 aylıq fasilədən sonra geri dönməsi oldu. 

Oyunda start heyətdə çıxan brazilyalı futbolçu 80 dəqiqə meydanda qaldı. Çumbinyo klub saytına verdiyi açıqlamada oyun haqqında təəssüratlarını bölüşüb :

"1 ildən çoxdur ki  meydana çıxmırdım. Oyun boyu üzərimdə hər hansı bir təzyiq yox idi . Fiziki və beyin olaraq oyuna hazır idim. Düzü, əsas narahatçılığım o idiki ayağımda ağrı hiss edə bilərdim. Amma çox şükürlər olsun ki ağrı hiss etmədim. Bu baxımdan hər şey yaxşı oldu. Ən qısa zamanda optimal formamı bərpa edib komandaya köməklik göstərmək istəyirəm .

Qeyd edək ki , Çumbinyo ötən il sentyabrın 16-sında Avropa Liqasının qrup mərhələsinin  ilk oyununda "Sent Etyen"lə qarşılaşmada zədələnərək yaşıl meydançalardan uzaqda qalmışdı. 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR