Çunayev uduzdu, Hüseynov finalda

Çunayev uduzdu, Hüseynov finalda

Qazaxıstanın paytaxtı Nur-Sultanda güləş üzrə dünya çempionatı davam edir.

Sport7.az xəbər verir ki, ikinci yarış günündə yunan-Roma güləşi üzrə 67, 87 və 97 kq-da mübarizə baş tutub.

Rəsul Çunayev təsnifat mərhələsində Macarıstan güləşçisinə ilk hissədə tam üstünlüklə qalib gəlib. Ancaq 1/16 finalda hakimlərin də müəmmalı qərarlarıyla güləşçimiz ikiqat dünya çempionu olmuş Koreya təmsilçisinə uduzub.

İslam Abbasov ilk görüşdə Gürcüstan pəhləvanını məğlub edib. Ancaq 1/8 finalda İran güləşçisiylə bacarmayıb. Orxan Nuriyev isə startda yerli idmançıya yenilib.
 
Buna qədər isə digər güləşçimiz Rafiq Hüseynov finala adını yazdırmağı bacarmışdı. O, təsnifat mərhələsində Moldova, Ukrayna Qazaxıstan və İran güləşçilərini yenərək karyerasında ilk dəfə finala çıxıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR