US Open: Cokoviç mübarizəni dayandırdı, Federer və Medvedyev 1/4 finalda

US Open: Cokoviç mübarizəni dayandırdı, Federer və Medvedyev 1/4 finalda

Mövsümün sonuncu "Böyük dəbilqə" seriyalı turniri olan "US Open"də kişilərin mübarizəsində 1/8 final mərhələsinə start verilib.

"US Open"in son qalibi Novak Cokoviç titulunu müdafiə edə bilməyib. Serb tennisçi Sten Vavrinka ilə görüşün üçüncü setində sol çiynindəki ağrılar səbəbindən oyundan imtina etmək qərarına gəlib.

David Qoffana dörd qeym verən Rocer Federer 1/4 finala yüksəlib. Daniil Medvedyev Dominik Kepferi, Qriqor Dimitrov isə Aleks de Minauru mübarizədən kənarlaşdırıb.


US Open (Böyük dəbilqə)

Nyu-York, ABŞ

1/8 final

Rocer Federer (İsveçrə) - David Qoffan (Belçika) - 3:0 (6:2, 6:2, 6:0)

Qriqor Dimitrov (Bolqarıstan) - Aleks de Minaur (Avstraliya) - 3:0 (7:5, 6:3, 6:4)

Daniil Medvedyev (Rusiya) - Dominik Kepfer (Almaniya) - 3:1 (3:6, 6:3, 6:2, 7:6)

Sten Vavrinka (İsveçrə) - Novak Cokoviç (Serbiya) - 2:0 (6:4, 7:5, 2:1 - Cokoviç imtina edib)


Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR