US Open: Cokoviç və Federer 1/8 finalda, Nisikori mübarizəni dayandırdı

US Open: Cokoviç və Federer 1/8 finalda, Nisikori mübarizəni dayandırdı

Mövsümün sonuncu "Böyük dəbilqə" seriyalı turniri olan "US Open"də kişilərin mübarizəsində üçüncü mərhələyə start verilib.

Titulunu qorumağa çalışan Novak Cokoviç Denis Kudladan güclü olub. Son finalçı Rocer Federer Den Evansa qalib gəlib. ATP-nin reytinqində 5-ci olan Daniil Medvedyev isə Felisiano Lopesi məğlub edib.

Kei Nisikori mübarizəni erkən dayandırıb. Yapon tennisçi Aleks de Minaurla bacarmayıb.


US Open (Böyük dəbilqə)

Nyu-York, ABŞ

Üçüncü mərhələ

Daniil Medvedyev (Rusiya) - Felisano Lopes (İspaniya) - 3:1 (7:6, 4:6, 7:6, 6:4)

Rocer Federer (İsveçrə) - Den Evans (Böyük Britaniya) - 3:0 (6:2, 6:2, 6:1)

Novak Cokoviç (Serbiya) - Denis Kudla (ABŞ) - 3:0 (6:3, 6:4, 6:2)

Aleks de Minaur (Avstraliya) - Kei Nisikori (Yaponiya) - 3:1 (6:2, 6:4, 2:6, 6:3)

David Qoffan (Belçika) - Pablo Karreno-Busta (İspaniya) - 3:0 (7:6, 7:6, 7:5)

Sten Vavrinka (İsveçrə) - Paolo Lorentsi (İtaliya) - 3:0 (6:4, 7:6, 7:6)

Qriqor Dimitrov (Bolqarıstan) - Kamil Mayhrjak (Polşa) - 3:0 (7:5, 7:6, 6:2)

Dominik Kepfer (Almaniya) - Nikoloz Basilaşvili (Gürcüstan) - 3:1 (6:3, 7:6, 4:6, 6:1)


Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR