"US Open": Kokkinakisə "wild card" verildi

ABŞ və Avstraliya tennis federasiyaları arasındakı anlaşmaya əsasən, ATP sıralamasında 212-ci olan Tanasi Kokkinakisə "wild card" verilib.

Xüsusi dəvət sayəsində avstraliyalı raketka ustası "US Open"də iştirak edə biləcək. Kokkinakis karyerası ərzində reytinqdə maksimum 69-cu sıraya qədər irəliləyə bilib.

23 yaşlı tennisçi "Australian Open"də birinci mərhələnin gedişində matçdan imtina etmişdi. O, bir müddət pektoral əzələsindəki zədədən əziyyət çəkdiyi üçün kortlardan uzaq qalmışdı.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR