US Open: Nadal və Berrettini yarımfinalda

US Open: Nadal və Berrettini yarımfinalda

"US Open"də kişilərin mübarizəsində 1/4 final mərhələsinə yekun vurulub.

Matteo Berrettini 4 saata yaxın davam edən matçda Qael Monfisi məğlub edə bilib. Rafael Nadal isə çətinlik çəkmədən Dieqo Şvartsmana qalib gəlib.


US Open (Böyük dəbilqə)

Nyu-York, ABŞ

1/4 final

Rafael Nadal (İspaniya) - Dieqo Şvartsman (Argentina) - 3:0 (6:4, 7:5, 6:2)

Matteo Berrettini (İtaliya) - Qael Monfis (Fransa) - 3:2 (3:6, 6:3, 6:2, 3:6, 7:6)


Yarımfinalda Rafael Nadal - Matteo Berrettini və Daniil Medvedyev - Sten Vavrinka görüşləri baş tutacaq.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR