"US Open"in mükafat fondu rekord həddə çatdırıldı (FOTO)

"US Open"in mükafat fondu yenidən artırılıb.

Bu il turnirin mükafat fondu 57 milyon dollar təşkil edəcək. Bu, rekord məbləğdi.

Fərdlərin mübarizəsində çempion olan tennisçi 3,85 milyon dolların (ötən illə müqayisədə 50 min artım) sahibi olacaq. İlk turda mübarizəni dayandıranlar 58 min dollar (ötən illə müqayisədə 54 min artım) qazanacaqlar.

Son 4 il ərzində "US Open"in mükafat fondunda 47% artım olub.

Qeyd edək ki, tennisdə mövsümün sonuncu "Böyük dəbilqə" turniri olan "US Open" 26 avqust - 8 sentyabr tarixlərində keçiriləcək. Təsnifat mərhələsi 19 avqustda start götürəcək.
 


Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR