Uşaq taekvondoçularla görüş keçirilib

Uşaq taekvondoçularla görüş keçirilib

Almaniyanın Zindelfinger şəhərində uşaq taekvondoçular arasında keçirilən Avropa birinciliyində mükafat qazanan idmançılar və onların məşqçiləri bu gün, Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidentləri Nağı Səfərov və Niyaməddin Paşayevlə görüşüb.
 
Sport7.az xəbər verir ki, görüşdə iştirak edən "Ümid" T.K-nın baş məşqçisi İlkin Şahbazov, Təhsil-Sumqayıt komandasının baş məşqçisi Rəşad Məmmədov, "Əmin" T.K-nın baş məqşçisi Ziya Qasımov və Gədəbəv komandasının baş məşqçisi Beyrək Bağırov döyüşlər haqqında məlumat verərək, ümumilikdə yarışdan öz təsuratlarını bölüşüblər. Göstərilən dəstək və qayğıya görə federasiya rəhbərliyinə təşəkkür edən məşqçilər uğurların davamlı olması üçün daha da çox çalışacaqlarını bildiriblər.

Vitse-prezidentlər Nağı Səfərov və Niyaməddin Paşayev də qazanılan mükfatların idmançıların gələcək karyerasında çox önəmli, yəni onlar üçün bir stimul olacağını qeyd edib. İdmançıları və məşqçi heyətini təbrik edərək bol şanslar, uğurlar arzulayıblar.

Sonda xatirə şəkli çəkdirilib.

Almaniyanın Zindelfinger şəhərində uşaq taekvondoçular arasında keçirilən Avropa birinciliyində "Ümid” taekvondo klubunun yetirməsi olan Mehdi Budaqlı (27 kq) yarışın qızıl medalına sahib olub. Aydın Süleymanov (32 kq, Sumqayıt Təhsil), Mürşüd Qasımov (39 kq, "Əmin" t.k.) və Tamerlan Yaqubov (29 kq, FHN) gümüş medal, Fərdi Quşxani (35 kq, "Ümid" t.k.), Elmira Bayrak (Sumqayı Təhsil) və Süleyman Həsənov (24 kq, Gədəbəy GİK) isə birinciliyi bürünc medalla başa vurub.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR