Usta cüdoçular arasında ölkə çempionatı keçirilib

Usta cüdoçular arasında ölkə çempionatı keçirilib

Hövsanda yerləşən Fövqəladə Hallar Nazirliyinin İdman Kompleksində usta cüdoçular arasında Azərbaycan çempionatı keçirilib.

Sport7.az xəbər verir ki, yarışda müxtəlif kateqoriyalar üzrə 78 veteran idmançı medallar uğrunda mübarizə aparıb. 21 klubun heyətində yer alan usta cüdoçuların yarışı maraqlı idman mübarizəsi şəraitində keçib.
 
Çempionatın qalib və mükafatçılarına medallar, Azərbaycan Cüdo Federasiyasınin diplomları təqdim olunub.
 
Usta cüdoçular arasında respublika çempionatının qalibləri Avropa birinciliyində mübarizə aparacaqlar.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR