Usta cüdoçularımız Avropa çempionatında 5 medal qazandı

Usta cüdoçularımız Avropa çempionatında 5 medal qazandı

İspaniyanın Las-Palmas-de-Qran-Kanariya şəhərində veteran cüdoçular arasında keçirilən Avropa çempionatı davam edir.
 
Sport7.az xəbər verir ki, yarışın ilk günlərində Azərbaycan cüdoçuları 2 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıblar. Fərhad Rəcəbli və Mübariz Cəfərov bütün rəqiblərinə qalib gələrək qitə çempionu adına sahib olublar.
 
Bu Fərhad Rəcəblinin usta cüdoçular arasında 7-ci Avropa çempionluğudur.
 
Cüdoçularımız Yamən Fətiyev və Müşfiq Cəfərov yalnız final görüşünü uduzaraq gümüş medala layiq görülüb. Daha bir cüdoçumuz Babək Hacıyev İspaniyada bürünc medal qazanıb.
 
Usta cüdoçuların Avropa çempionatında 35 ölkədən 778 idmançı mübarizə aparır.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR