Valdes

Valdes "Barselona"ya qayıtdı

"Barselona"nın sabiq qolkiperi Viktor Valdes məşqçi kimi kluba qayıdıb.

Valdes katalon klubunun 19 yaşadək futbolçulardan ibarət komandasını çalışdıracaq. Onunla "1+1" sxemi üzrə müqavilə imzalanıb.

Ötən mövsüm Valdes azyaşlılardan ibarət "Moratalas" klubunda işləyirdi. Komanda 37 yaşlı mütəxəssisin rəhbərliyi altında Madrid regional liqasının qrupunda çempionluq yaşamışdı.

Qeyd edək ki, V. Valdes iyun ayında UEFA-nın Pro məşqçilik lisenziyasına layiq görülüb.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR