"Barselona" rəhbərliyi qərarını verdi - Valverde sabah komanda ilə vidalaşacaq

"Barselona"nın baş məşqçisi Ernesto Valverdenin komandadan ayrılacağı gözlənilir.

"Catanlunya Radio"nun xəbərinə görə, bu gün keçirilən iclasda "Barselona" rəhbərliyi Valverdeni müqaviləyə xitam veriləcəyi ilə bağlı məlumatlandırıb. Klub rəsmiləri detalları ispan mütəxəssisin meneceri ilə müzakirə edəcəklər.

ESPN-nin jurnalisti Moy Lyorensə görə, Valverde bazadakı əşyalarını artıq toplayıb. Sabah onun komanda və məşqçilər korpusu ilə vidalaşacağı gözlənilir.

Qeyd edək ki, daha əvvəl Xavi və Ronald Kuman "Barsa"nın təklifini qəbul etməmişdilər. Katalon klubu diqqətini Maurisio Poçettinoya yönəldib.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR