Valverde:

Valverde: "Messisiz oynamağı öyrənməliyik"

"Barselona"nın baş məşqçisi Ernesto Valverde "Atletik"lə oyundan sonra məğlubiyyəti şərh edib:

"Problem yeni mövsümün startı ilə yox, oyunla bağlıdı. İlk hissədə yaxşı futbol nümayiş etdirə bilmədik. Düzdü, yaxşı epizodlarımız oldu, amma oyuna nəzarət edə bilmədik.

İkinci hissədə dominant tərəf biz idik, ancaq rəqib çox dərindən müdafiə olunduğu üçün təhlükəli epizodlar yarada bilmirdik.

Leonun bizə kömək etməsinə alışmışıq. Amma Messisiz oynamağı da öyrənməliyik. Leo meydanda olanda yaxşı oynayırıq. Təbii ki, Bilbao səfərində Messiyə ehtiyacımız var idi".

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR