Van Deyk:

Van Deyk: "Liverpul"un itirəcək heç nəyi yoxdu"

"Liverpul"un müdafiəçisi Vircil van Deyk Premyer Liqadakı çempionluq mübarizəsi haqda fikirlərini bölüşüb:

"Liverpul"un itirəcək heç nəyi yoxdu. "Mançester Siti" son çempiondu, onlar titullarını qorumağa çalışırlar, biz isə onu qazanmaq istəyirik.

Liderlikdən zövq almalı, eyni zamanda, ən yaxşı oyunumuzu ortaya qoymasaq belə, qələbə qazandığımız matçları düşünüb özümüzə olan inamı itirməməliyik. İrəlidə hələ çox oyun var. İndidən çempionluq barədə düşünmək qeyri-realdı.

"Mançester Siti"nin oyunlarını izləmirəm. Amma məni nəticələr barədə məlumatlandıran ailəm və dostlarım var. Xüsusilə də, "şəhərlilər"in "Vulverhempton"a məğlubiyyətindən dərhal xəbər tutmuşdum.

Hələlik işlərimiz qaydasında gedir, amma "Mançester Siti"nin çempionluq yarışından uzaqlaşdığını demək doğru olmaz".

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR