Vaşinqton (ATP): Yarımfinalçılar müəyyənləşdi

Vaşinqton (ATP): Yarımfinalçılar müəyyənləşdi

Vaşinqtonda keçirilən "Citi Open" turnirində kişilərin mübarizəsində 1/4 final mərhələsinə yekun vurulub.

ATP-nin reytinqində 9-cu olan Daniil Medvedev Marin Çiliçi mübarizədən kənarlaşdırıb. Piter Qoyovçik Kayl Edmundu məğlub edərək yarımfinala yüksəlib. Stefanos Çiçipas Benua Perdən, Nik Kirios isə Norbert Qomboşdan güclü olub. 


Citi Open (ATP 500)

Vaşinqton, ABŞ

1/4 final

Daniil Medvedev (Rusiya) - Marin Çiliç (Xorvatiya) - 2:0 (6:4, 7:6)

Piter Qoyovçik (Almaniya) - Kayl Edmund (Böyük Britaniya) - 2:1 (6:3, 4:6, 6:3)

Stefanos Çiçipas (Yunanıstan) - Benua Per (Fransa) - 2:0 (7:5, 6:0)

Nik Kirios (Avstraliya) - Norbert Qomboş (Slovakiya) - 2:0 (6:3, 6:3) 

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR