"Bizim kimi içmək ispanların xoşuna gəlmədi" - Vəli Qasımov

Azərbaycan millisinin sabiq hücumçusu Vəli Qasımov 1992-ci ildə transfer olunduğu "Betis”də komanda yoldaşları ilə russayağı spirtli içki içməsindən danışıb.

Sport7.az xəbər verir ki, veteran forvard "Çempionat”a açıqlamasında köhnə günləri belə xatırlayıb: "Komandadakı uşaqlarla tez-tez ünsiyyət qururduq. Adətən bazar günlərində restorana gedir, VİP – zonalarda otururduq. İnsanlardan gizlənirdik. Başqa cür mümkün deyildi. Hamı gəlir, avtoqraf istəyirdi. Bir dəfə Andrey Kobalyovgildə yığışdıq. Dörd-beş komanda yoldaşımızla russayağı oturduq. Ertəsi ispanlar şikayət edirdilər: "Başımız ağrıyır. Süd içsək də heç bir xeyri yoxdu. Siz belə necə içirsiz? Dəlisiz. Qısası, bizim kimi içmək onların xoşuna gəlmədi. Düzü, başımız ağrıyacaq qədər çox içdiyimizi deməzdim. Hər şey qaydasında idi. Səhər də özümü yaxşı hiss edirdim...”

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR