Velosipedçilərimiz Türkiyədə növbəti sınağa hazırlaşır.
Sport7.az xəbər verir ki, "Tokio-2020" yolunda komandamızın növbəti sınağı Türkiyədə olacaq. Komandamız oktyabrın 12 və 13-də "Fatih Sultan Mehmet Edirne Race 1.2"də qüvvəsini sınayacaq.
Ölkəmizi bu turda Elçin Əsədov, Samir Cəbrayılov, Musa Mikayılzadə, Mahmud Məmmədov və Mikayıl Səfərlidən ibarət komanda təmsil edəcək.
Sport7.az