Velosipedçimiz İranda 6-cı oldu

Velosipedçimiz İranda 6-cı oldu

Bu gün İran İslam Respublikasında Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı "Tour of İran" yarışı start götürüb.
 
Sport7.az xəbər verir ki, 5 mərhələdən ibarət veloturun 148 km-lik 1-ci günündə Bəhreynin "VIB Sports" kontinental klubunun heyətində çıxış edən Elçin Əsədov, Azərbaycan yığmasının heyətində mübarizə aparan Musa Mikayılzadə və Mahmud Məmmədov, həmçinin Belarusun "Minsk" kontinental komandasında yarışan Samir Cəbrayılov məsafəni mərhələ qalibi ilə eyni vaxtda - 3 saat, 15 dəqiqə, 17 saniyəyə başa vurublar.
 
Fotofinişə əsasən Elçin 6-cı, Musa 25-ci, Samir 38-ci, Mahmud isə 42-ci olub.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR