Velosipedçimiz Mərakeşdə 3-cü oldu

Velosipedçimiz Mərakeşdə 3-cü oldu

Mərakeşdə Beynəlxalq Velosipedçilər İttifaqının 1.2 kateqoriyalı "Challenge du Prince” silsilə yarışları başa çatıb.
 
Sport7.az xəbər verir ki, Afrikaya Eçin Əsədov, Mahmud Məmmədov, Mikayıl Səfərli və Orxan Məmmədovdan ibarət heyətlə yollanan yığma komandamız Tokio-2020 Yay Olimpiya Oyunları üçün ölkəmizin reytinqini ümumilikdə daha 58 lisenziya xalı ilə zənginləşdirib.

Silsilə yarışlara iyulun 22-də "Trophée Princier” turunda 9-cu olaraq 3 xal qazanmaqla başlayan Elçin Əsədov 2 gün sonra "Trophée de l'Anniversaire”də 2-ci yeri tutub və daha 30 reytinq xalı əldə edib. Komandamız iyulun 25-də sonuncu birgünlük yarış - "Trophée de la Maison Royale” turunu da uğurla başa vurub. Belə ki, 140 km məsafəni 3 saat, 4 dəqiqə, 50 saniyəyə 13 nəfərlik qrupda bitirən Elçin fotofinişə əsasən fəxri kürsün 3-cü pilləsinə qalxıb və 25 xal götürüb.

Beynəlxalq Velosipedçilər İttifaqının reqlamentinə əsasən, olimpiadaya lisenziya xalları verən yarışlar 2019-cu ilin oktyabr ayının 22-dək davam edəcək.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR