Premyer Liqa klubu transfer rekordunu qırdı (FOTO)

Premyer Liqa klubu transfer rekordunu qırdı (FOTO)

"Vest Hem" Sebastyen Allerin transferini açıqlayıb.

"Vest Hem" Allerin klub tarixinin ən bahalı transferi olduğunu təsdiqləyib. London klubunun 25 yaşlı futbolçu qarşılığında "Ayntraxt"a 50 milyon funt ödədiyi bildirilir.

Allerlə 5 illik müqavilə imzalanıb. Saziş daha 1 il müddətinə uzadıla bilər. Fransız hücumçu ilinə 7 milyon avro qazanacaq.

Ötən mövsüm 40 matçda meydana çıxan S. Aller 20 qol və 13 məhsuldar ötürmə ilə yadda qalmışdı.
 


Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR