Lənkəran şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə rayon gəncləri arasında keçirilmiş turnir onlayn formada, İsveçrə sistemində 3+2 formatında olmaqla 90 dəqiqə baş tutub.
Sport7.az xəbər verir ki, şahmat turnirinin nəticəsinə əsasən I yeri Jalə Babazadə, II yeri Rakif Quliyev və III yeri Həbib Həbibi qazanıb.
Qaliblər karantin rejimi qaydalarına riayət olunmaqla, Lənkəran şəhər Gənclər və İdman İdarəsi tərəfindən təltif olunublar.
Sport7.az