Vimbldon: Cokoviç mərhələ adladı, Zverev və Çiçipas mübarizəni dayandırdı

Vimbldon: Cokoviç mərhələ adladı, Zverev və Çiçipas mübarizəni dayandırdı

"Vimbldon"da kişilərin mübarizəsinə də start verilib.

Novak Cokoviç, Sten Vavrinka, Karen Xaçanov və ötən ilin finalçısı Kevin Anderson çətinlik çəkmədən ikinci mərhələyə yüksəliblər. Dünya 5 nömrəsi Aleksandr Zverev və sıralamada 6-cı sırada qərarlaşan Stefanos Çiçipas gözlənilmədən mübarizəni dayandırıblar. Alman raketka ustası İrji Veselıya, yunan tennisçi isə Tomas Fabbianoya məğlub olub. "Vimbldon"la vidalaşanlar sırasında Qriqor Dimitrov da var.


Vimbldon ("böyük dəbilqə")

London, Böyük Britaniya

Kişilər

İlk mərhələ

Karen Xaçanov (Rusiya) - Sun Vu Kvon (Cənubi Koreya) - 3:1 (7:6, 6:4, 4:6, 7:5)

Novak Cokoviç (Serbiya) - Filipp Kolşrayber (Almaniya) - 3:0 (6:3, 7:5, 6:3)

Kevin Anderson (CAR) - Pyer-Uq Erber (Fransa) - 3:0 (6:3, 6:4, 6:2)

Sten Vavrinka (İsveçrə) - Ruben Bemelmans (Belçika) - 3:0 (6:3, 6:2, 6:2)

Feliks Oje-Alyassim (Kanada) - Vaşek Pospişil (Kanada) - 3:1 (5:7, 6:2, 6:4, 6:3)

İrji Veselı (Çexiya) - Aleksandr Zverev (Almaniya) - 3:1 (4:6, 6:3, 6:2, 7:5)

Tomas Fabbiano (İtaliya) - Stefanos Çiçipas (Yunanıstan) - 3:2 (6:4, 3:6, 6:4, 6:7, 6:3)

Felisiano Lopes (İspaniya) - Markos Qiron (ABŞ) - 3:0 (6:4, 6:2, 6:4)

Miloş Raoniç (Kanada) - Prajneş Qunnesvaran (Hindistan) - 3:0 (7:6, 6:4, 6:2)

Korenten Mute (Fransa) - Qriqor Dimitrov (Bolqarıstan) - 3:2 (2:6, 3:6, 7:6, 6:3, 6:1)
 

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR