Vimbldon: Halep və Plişkova ikinci mərhələdə, Vinus Vilyams 15 yaşlı tennisçi ilə bacarmadı

Vimbldon: Halep və Plişkova ikinci mərhələdə, Vinus Vilyams 15 yaşlı tennisçi ilə bacarmadı

Tennisdə mövsümün üçüncü "böyük dəbilqə" seriyalı turniri olan "Vimbldon"da ilk gün geridə qalıb.

Qadınların mübarizəsində Simona Halep, Karolina Plişkova, Elina Svitolina, Karolin Voznyaçki kimi tennisçilər mərhələ adlayıblar. Vinus Vilyams 15 yaşlı Kori Qauffa məğlub olaraq mübarizəni dayandırıb. Dünya 11 nömrəsi Arina Sobolenko Maqdalena Rıbarikova ilə, ötən il yarımfinala qədər irəliləyən Alyona Ostapenko isə Su-Vey Se ilə bacarmayıb.


Vimbldon ("böyük dəbilqə")

London, Böyük Britaniya

Qadınlar

İlk mərhələ

Elina Svitolina (Ukrayna) - Darya Qavrilova (Avstraliya) - 2:0 (7:5, 6:0)

Maqdalena Rıbarikova (Slovakiya) - Arina Sobolenko (Belarus) - 2:0 (6:2, 6:4)

Viktoriya Azarenko (Belarus) - Alize Korne (Fransa) - 2:0 (6:4, 6:4)

Karolina Plişkova (Çexiya) - Çju Lin (Çin) - 2:0 (6:2, 7:6)

Simona Halep (Rumıniya) - Aleksandra Sasnoviç (Belarus) - 2:0 (6:4, 7:5)

Karolin Voznyaçki (Danimarka) - Sara Sorribes-Tormo (İspaniya) - 0:0 (5:4 - Sorribes-Tormo imtina edib)

Su-Vey Se (Tayvan) - Alyona Ostapenko (Latviya) - 2:0 (6:2, 6:2)

Kori Qauff (ABŞ) - Vinus Vilyams (ABŞ) - 2:0 (6:4, 6:4)
 
Medison Kiz (ABŞ) - Lüksika Kumhum (Tailand) - 2:0 (6:3, 6:2)


Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR