Vimbldon: Naomi Osaka ilk mərhələdə mübarizəni dayandırdı

Vimbldon: Naomi Osaka ilk mərhələdə mübarizəni dayandırdı

Tennisdə mövsümün üçüncü "böyük dəbilqə" seriyalı turniri olan "Vimbldon"a start verilib.

Qadınların mübarizəsində ilk mərhələdə Naomi Osaka Yuliya Putintseva ilə qarşılaşıb. Tay-breykə gedən birinci seti qazaxıstanlı tennisçi aktivinə yazdırıb. İkinci setdə iki breyk edən və öz servis oyunlarında xal verməyən Putintseva matçın yekun hesabını müəyyənləşdirib - 2:0. Beləliklə, WTA-nın reytinq cədvəlində ikinci sırada qərarlaşan Naomi Osaka ilk mərhələdə mübarizəni dayandırıb.


Vimbldon ("böyük dəbilqə")

Qadınlar

İlk mərhələ

Yuliya Putintseva (Qazaxıstan) - Naomi Osaka (Yaponiya) - 2:0 (7:6, 6:2)


Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR