"Vimbldon"da Federer - Nadal yarımfinalı olacaq

Tennisdə mövsümün üçüncü "böyük dəbilqə" seriyalı turniri olan "Vimbldon"da kişilərin mübarizəsində 1/4 final mərhələsinə yekun vurulub.

ATP reytinqinin bir nömrəsi Novak Cokoviçlə yanaşı, Rocer Federer, Rafael Nadal və Roberto-Bautista Aqut yarımfinala yüksəliblər.


Vimbldon ("Böyük dəbilqə")

London, Böyük Britaniya

Kişilər

1/4 final

Roberto Bautista-Aqut (İspaniya) - Qvido Pelya (Argentina) - 3:1 (7:5, 6:4, 3:6, 6:3)

Rocer Federer (İsveçrə) - Kei Nisikori (Yaponiya) - 3:1 (4:6, 6:1, 6:4, 6:4)

Rafael Nadal (İspaniya) - Sem Kuerri (ABŞ) - 3:0 (7:5, 6:2, 6:2)


Yarımfinalda Novak Cokoviç Roberto Bautista-Aqutla, Rocer Federer isə Rafael Nadalla qarşılaşacaq.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR