"Vimbldon"da ilk finalçı müəyyənləşdi

"Vimbldon"da qadınların mübarizəsində yarımfinal mərhələsinə start verilib.

Simona Halep və Elina Svitolina üz-üz gəlib. Matç ərzində rumın raketka ustası öz oyununu rəqibinə diqtə edib. Toplam 5 breyk edən və servis oyunlarının birində xal itirən Halep 1 saat 14 dəqiqə davam edən qarşılaşmadan 2:0 hesabı ilə qalib ayrılaraq finala yüksəlib.


Vimbldon ("Böyük dəbilqə")

London, Böyük Britaniya

Qadınlar

Yarımfinal

Simona Halep (Rumıniya) - Elina Svitolina (Ukrayna) - 2:0 (6:1, 6:3)


Simona Halepin finaldakı rəqibi az sonra start götürəcək Serena Vilyams - Barbora Strıçova görüşünün qalibi olacaq.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR