Voleybol Federasiyası festival keçirəcək

Voleybol Federasiyası festival keçirəcək

Azərbaycan Voleybol Federasiyası da 29 fevralda voleybolçular üçün festival keçirəcək. 
 
Sport7.az xəbər verir ki, dörd ildən bir təsadüf edilən 29 fevral tarixini Avropa Voleybol Konfederasiyası (CEV) "1 Day More 4 Volleyball" (Voleybol Üçün Daha Bir Gün) devizi ilə bayram edir. Avropada bu gün ilk dəfə 2016-ci ildə qeyd edilib.
 
Həmin gün CEV-in tərkibində olan federasiyalar müxtəlif tədbirlər, professional, həvəskar voleybolçular üçün matçlar keçirib və ən maraqlısı isə keçirilən matçlarda setlər günün şərəfinə 25-dən yox, 29 xaldan hesablanmışdı.
 
Media nümayəndələrinin də dəvət ediləcəyi festivalın proqramı aşağıdakı kimidir:

11:00. Ümummilli Lider Heydər Əliyevin məzarının ziyarət edilməsi;
12:30. "Dərnəgül Voleybol Mərkəzi”ndə tədbir;
 
• Voleybolçular sıraya düzülürlər.
• Himn.
• Təbrik və çıxışlar.
• "Azərbaycan Voleybol Federasiyası” İctimai Birliyinin Prezidenti Cavid Qurbanov.
• Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə.
• Azərbaycan Respublikası Gənclər və İdman naziri Azad Rəhimov.
• Uşaqlar, voleybolçular üçün toplarla müxtəlif oyunlar.
• Musiqi proqramı 20 dəqiqə.
• Proqram başa çatdıqdan sonra istedadlı voleybolçuların seçimi olacaq.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR