Voleybol Federasiyasından baş məşqçi açıqlaması

Voleybol Federasiyasından baş məşqçi açıqlaması

2019-cu ilin may ayında ölkəmizə dəvət olunmuş və milli komandamızın baş məşqçisi təyin edilmiş Covanni Kaprara ilə bağlanan müqavilə sentyabr ayında Avropa Çempionatından sonra başa çatıb.
 
Sport7.az xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyası tərəfindən KİV nümayəndələrinə məlumat çatdırılıb.
 
Kaprara milli komandamızın baş məşqçisi kimi "Qızıl Avropa Liqasında”, "2020-ci ildə Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Təsnifat Turnirində” və "Avropa Çempionatında” çıxış edib.

Yanvar ayında keçiriləcək Avropa Olimpiya Təsnifat Turnirində çıxış edəcək Voleybol üzrə qadınlardan ibarət milli komandamızın baş məşqçisinin kim olacağı isə Azərbaycan Voleybol Federasiyası tərəfindən yaxın zamanda açıqlanacaq.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR