Voleybol üzrə Azərbaycan çempionatları təxirə salındı

Voleybol üzrə Azərbaycan çempionatları təxirə salındı

Azərbaycan Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən voleybol üzrə Azərbaycan Super Liqası, Yüksək Liqası və I Liqasının oyunları qeyri-müəyyən vaxtadək dayandırılıb.

Sport7.az xəbər verir ki, Azərbaycan Voleybol Federasiyasının bu qərarı dünyada yayılmış koronavirus (COVİD-19) xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi ilə bağlıdır.

14 mart 2020-ci il saat 00:00-dan etibarən ölkə ərazisində tətbiq olunacaq qərara əsasən ölkədə fəaliyyət göstərən voleybol üzrə bütün bölmə və klublardan da məşqləri dayandırmaq tələb olunub.

Yarışların və məşqlərin bərpa olunacağı vaxtla bağlı əlavə məlumat veriləcək.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR