Voleybolçularımız qrup 3-cüsü oldu

Voleybolçularımız qrup 3-cüsü oldu

2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarının lisenziya xarakterli Təsnifat Turnirində iştirak edən voleybol üzrə qadınlardan ibarət milli komandamız son görüşünü Kamerun yığmasına qarşı keçirib.
 
Sport7.az xəbər verir ki, D qrupunda mübarizə aparan qızlarımız rəqibini 3:0 (25-17, 25-14, 25-20) hesablı məğlubiyyətə uğradıb. Ümumilikdə xallarının sayını 4-ə çatdıran millimiz qrupda III olub. Beləliklə Braziliyanın Uberlandiya şəhərində təşkil olunan 2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarının lisenziya xarakterli Təsnifat Turnirində D qrupunun oyunlarına bu gün yekun vurulub.
 
Ev sahibi Braziliya millisi keçirdiyi 3 görüşdə qalib gələrək 7 xalla qrup birincisi olub və 2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. 
 
Reqlamentə görə yalnız qrup birinciləri 2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.
 
Voleybolçularımız buna qədər qrupda Dominikan Respublikasına 0:3 (15:25, 22:25, 18:25) və Braziliyaya taybrekdə 2-3 (25-13, 23-25, 21-25, 25-19, 15-12) hesabı ilə məğlub olmuşdu. 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR