Voleybolda antirekord: Maldiv adaları Vyetnamla oyunda toplam 5 xal qazanıb

Voleybolda antirekord: Maldiv adaları Vyetnamla oyunda toplam 5 xal qazanıb

23 yaşadək qadın voleybolçular arasında keçirilən Asiya çempionatının təsnifat mərhələsi çərçivəsində Vyetnam və Maldiv adaları arasında oynanılan görüşdə antirekord qeydə alınıb.

Maldiv adaları oyun ərzində ümumilikdə 5 xal qazana bilib. Görüş Vyetnamın 3:0 (25:1, 25:2, 25:2) hesablı qələbəsilə yekunlaşıb. Voleybol tarixində daha əvvəl bir komandanın oyun ərzində 5 xal və daha az toplaması kimi bir hala rast gəlinməyib.

Qeyd edək ki, set hesabı baxımından antirekord isə 2009-10 mövsümündə Rusiya ikinci divizionunda qeydə alınıb. "Xara Morin" setlərdən birində "Zabaykalka"ya xal verməyib - 25:0.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR