Vüqar Məmmədin yenilgi izahı:

Vüqar Məmmədin yenilgi izahı: "Fiziki baxımdan güclü komandaya qarsı oynadıq"

Bu gün Belarus yığması ilə keçirilmiş yoldaşlıq oyunundan sonra 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Vüqar Məmməd fikirlərini bildirib.
 
Sport7.az xəbər verri ki, mütəxəssis AFFA-nın mətbuat xidmətinə açıqlamasında məğlubiyyəti belə izah edib: "Bu gun fiziki baxımdan güclü komandaya qarsı oynadıq. Məğlub olmaq hər zaman üzücüdür. Oyunda yol verdiyimiz səhvləri aradan qaldırmaq üçün çox çalışmalıyıq. Hava küləkli olduğu üçün oyunda nəzərdə tutduğumuz taktiki işləri həyata keçirə bilmədik. Dörd futbolçumuz zədəli olduğu üçün bu oyunlarda bizə kömək edə bilmir. Ümumilikdə rəqib bizdən yalnız fiziki göstəricidə üstün oldu. Təlim-məşq toplanışından sonra klubların baş məşqçiləri ilə görüşəcəyik və futbolçuların fiziki hazırlığını yüksəltmək üçün bir proqram hazırlayıb, tətbiq edəcəyik”.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR