Vüqarla Rəşad

Vüqarla Rəşad "gəmiçi" oldu, Vaqif də yol üstdədir

"Qarabağ"dan ayrılan Vüqar Nadirovun yeni klubu məlum olub.

Sport7.az xəbər verir ki, "17" nömrə "Xəzər Lənkəran"la anlaşıb.

Vüqar artıq bir dəfə "ağ-yaşıl" formanı geyinib. Belə ki, 2005-ci ildən 2007-ci ilə kimi Lənkəranda oynayan Nadirov 48 oyunda 5 qola imza atıb. Onun bu dəfəki müqaviləsinin müddəti 1,5 il müddətinə nəzərdə tutulub.

Vüqarla yanaşı, Rəşad Eyyubov da yeni mövsümdən "Xəzər Lənkəran"ın şərəfini qoruyacaq. "Simurq"un keçmiş üzvüylə bütün məsələlərdə artıq razılığa gəlinib. Yaxın günlərdə Vaqif Cavadovla da danışıqların yekunlaşacağı gözlənilir. Eyni zamanda 1 legioner futbolçunun da keçidinin təlim-məşq toplanışı başlayana kimi yekunlaşacağı haqda məlumatlar var.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR