WADA Azərbaycan üçün təlimat hazırladı

WADA Azərbaycan üçün təlimat hazırladı

Ümumdünya Antidopinq Agentliyi (WADA) koronavirus pandemiyası zamanı milli antidopinq agentlikləri üçün təlimatları yeniləyib. 

Sport7.az xəbər verir ki, bu haqda qurumun rəsmi saytında məlumat yer alıb. Məlumata görə əsas diqqət idmançıları testlərdən keçirməyə yönəlib. Təlimat pandemiyanın inkişaf etməkdə olan təbiətini, sınaq proqramına təsirini və bəzi ölkələrin məhdudiyyətlər səbəbindən normal vəziyyətə dönmələrini əks etdirmək üçün hazırlanıb.  

Hesabatda, test müddətində nümunə götürmə prosedurlarının milli təşkilatlar və onların işçiləri tərəfindən tətbiq edilməli olduğu da bildirib. WADA prezidenti Vitold Banka idmançıların və ya onlarla əlaqə quran hər kəsin sağlamlığını təhlükəyə atmadan sistemin bütövlüyünü qorumaq üçün təlimat verdiklərini deyib. O, məhdudiyyətlər aradan qaldırıldıqdan sonra sitemin mümkün qədər tez tam gücü ilə qayıtmasının vacibliyini söyləyib.
 
Azərbaycanda dopinqə Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) nəzarət edir.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR