WTA final turniri: Andreesku oyunu davam etdirə bilmədi, Plişkova ilk qələbəsini qazandı

WTA final turniri: Andreesku oyunu davam etdirə bilmədi, Plişkova ilk qələbəsini qazandı

Çinin Şençjen şəhərində keçirilən WTA final turnirində mübarizə davam edir.

Bənövşəyi qrupda ikinci tura yekun vurulub. Karolina Plişkova və Bianka Andreesku üz-üzə gəlib. Kanadalı raketka ustası üçüncü qeymdə zədələnsə də, setin sonuna kimi oynamağa davam edib. Lakin ilk setdən sonra Andreesku matçdan imtina etmək qərarına gəlib. Beləliklə, 19 yaşlı tennisçi yarımfinala yüksəlmək şanslarını itirib. Plişkova isə mərhələ adlamaq üçün üçüncü turda Simona Halepə qalib gəlməlidi.


Shiseido WTA final turniri

Şençjen, Çin

Bənövşəyi qrup

Karolina Plişkova (Çexiya) - Bianka Andreesku (Kanada) - 1:0 (6:3, Andreesku ikinci set başlamamış oyundan imtina edib)

Turnir cədvəli: 1. Svitolina (2-0), 2. Plişkova (1-1), 3. Halep (1-1), 4. Andreesku (0-2).


Andreeskunun son matçına çıxıb-çıxmayacağı bəlli deyil. Turnirdə iştirakdan imtina edəcəyi təqdirdə, onu Sofiya Kenin əvəzləyəcək.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR