WTA final turniri: Plişkova yarımfinalda, Halep mübarizəni dayandırdı

WTA final turniri: Plişkova yarımfinalda, Halep mübarizəni dayandırdı

Çinin Şençjen şəhərində keçirilən WTA final turnirində qrup mərhələsinə yekun vurulub.

Bənövşəyi qrupun son matçında Karolina Plişkova və Simona Halep üz-üzə gəlib. 1 saat 45 dəqiqə davam edən görüş çexiyalı tennisçinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Beləliklə, ikinci qalibiyyətini əldə edən Plişkova qrup ikincisi kimi yarımfinala yüksəlib. Simona Halep isə mübarizəni dayandırıb.


Shiseido WTA final turniri

Şençjen, Çin

Bənövşəyi qrup
 
3-cü tur

Karolina Plişkova (Çexiya) - Simona Halep (Rumıniya) - 2:1 (6:0, 2:6, 6:4)

Turnir cədvəli: 1. Svitolina (3-0), 2. Plişkova (2-1), 3. Halep (1-2), 4. Andreesku (0-2), 5. Kenin (0-1).


Yarımfinalda Eşli Barti Karolina Plişkova ilə, Elina Svitolina isə Belinda Bençiçlə qarşılaşacaq.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR