WTA final turniri: Svitolina Halepi məğlub etdi və yarımfinala yüksəldi

WTA final turniri: Svitolina Halepi məğlub etdi və yarımfinala yüksəldi

Çinin Şençjen şəhərində keçirilən WTA final turnirində mübarizə davam edir.

Bənövşəyi qrupda ikinci tura start verilib. Simona Halep və Elina Svitolina üz-üzə gəlib. Ukraynalı raketka ustası 1 saat 40 dəqiqə davam edən görüşdən 2:0 hesabı ilə qalib ayrılıb. Beləliklə, Svitolina yarımfinala vəsiqəni təmin edən ilk tennisçi olub.


Shiseido WTA final turniri

Şençjen, Çin

Bənövşəyi qrup

Elina Svitolina (Ukrayna) - Simona Halep (Rumıniya) - 2:0 (7:5, 6:3)


Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR