WTA-nın reytinqi: Andreesku top-5-də debüt etdi, Barti birinci sıraya yüksəldi

WTA-nın reytinqi: Andreesku top-5-də debüt etdi, Barti birinci sıraya yüksəldi

WTA-nın yenilənmiş reytinq cədvəli açıqlanıb.

"US Open"in nəticələrinə əsasən, çempion Bianka Andreesku 10 pillə irəliləyib və "ilk beşlik"də debüt edib. Finalda kanadalı tennisçiyə məğlub olan Serena Vilyams bir sıra geriləyib və hazırda 9-cudu. Əşli Barti yenidən liderliyi ələ keçirib.

Titulunu müdafiə edə bilməyən Naomi Osaka birinci pilləni dördüncülüyə dəyişib. "US Open"də 1/8 finala kimi irəliləyən Karolina Plişkova ikincidi. Yarımfinalçı Elina Svitolina şəxsi reytinq rekordunu yeniləyərək üçüncü sıraya yüksəlib. Petra Kvitova və Kiki Bertens bir pillə geriləyiblər. Turnirin digər yarımfinalçısı - Belinda Bençiç top-10-a qayıdıb.

Yenilənmiş reytinq cədvəlində Öjeni Buşar 32, Mariya Şarapova isə 48 sıra geriləyib.


WTA-nın reytinq cədvəli

1 (2). Əşli Barti (Avstraliya) - 6501 xal
2 (3). Karolina Plişkova (Çexiya) - 6125
3 (5). Elina Svitolina (Ukrayna) - 5032
4 (1). Naomi Osaka (Yaponiya) - 4846
5 (15). Bianka Andreesku (Kanada) - 4835
6 (4). Simona Halep (Rumıniya) - 4803
7 (6). Petra Kvitova (Çexiya) - 4326
8 (7). Kiki Bertens (Hollandiya) - 4325
9 (8). Serena Vilyams (ABŞ) - 3935
10 (12). Belinda Bençiç (İsveçrə) - 3738
---
14 (10). Sloun Stivens (ABŞ) - 2769
16 (9). Medison Kiz (ABŞ) - 2727
106 (140). Kori Qauff (ABŞ) - 574
135 (87). Mariya Şarapova (Rusiya) - 466
151 (119). Öjeni Buşar (Kanada) - 419

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR