WTA-nın reytinqi: Kenin

WTA-nın reytinqi: Kenin "ilk onluq"da debüt etdi, Şarapova "top-350"-dən kənar qaldı

"Australian Open"in yekunlarına əsasən WTA-nın reytinq cədvəlində dəyişikliklər olub.

Turnirin qalibi Sofiya Kenin "ilk onluq"da debüt edib. 2019-cu ildə Melburnda çempionluq yaşayan və bu il titulunu müdafiə edə bilməyən Naomi Osaka 6 pillə geriləyərək 10-cu olub. Petra Kvitova 2018-ci ilin may ayından bəri ilk dəfə "top-10"-dan kənar qalıb.

Finalçı Qarbinye Muqurusa 16 sıra irəliləyərək "top-20"-yə qayıdıb. Ons Jaber karyerası ərzində ilk dəfə "ilk 50-lik"də qərarlaşıb. 2019-cu ildə 1/4 final oynayan, bu il isə ilk mərhələdə mübarizəni dayandıran Mariya Şarapova 224 pillə geriləyərək 369-cu olub.

WTA-nın reytinq cədvəli

1 (1). Eşli Barti (Avstraliya) - 8367 xal
2 (3). Simona Halep (Rumıniya) - 6101
3 (2). Karolina Plişkova (Çexiya) - 5290
4 (5). Elina Svitolina (Ukrayna) - 4775
5 (7). Belinda Bençiç (İsveçrə) - 4675
6 (6). Bianka Andreesku (Kanada) - 4665
7 (15). Sofiya Kenin (ABŞ) - 4495
8 (10). Kiki Bertens (Niderland) - 3965
9 (9). Serena Vilyams (ABŞ) - 3915
10 (4). Naomi Osaka (Yaponiya) - 3626
---
11 (8). Petra Kvitova (Çexiya) - 3466
16 (32). Qarbinye Muqurusa (İspaniya) - 2527
45 (78). Ons Jaber (Tunis) - 1190
51 (67). Kori Qauff (ABŞ) - 1112
369 (145). Mariya Şarapova (Rusiya) - 122

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR