"Bavariya" baş məşqçi axtarışlarını davam etdirir.
Hazırda baş məşqçi postunda olan Hans-Diter Flik Milad bayramına qədər komandanı çalışdıra bilər. Qışda isə "Bavariya" rəhbərliyi Erik ten Haqı razı salmağa çalışacaq.
"France Football"-un xəbərinə görə, Ten Haqın təyinatı baş tutmasa, Münhen klubu diqqətini "Real Sosyedad"ın rezerv komandasının baş məşqçisi Xabi Alonsoya yönəldəcək.
"Bavariya"nın Direktorlar şurasının sədri Karl-Haynts Rummeniqqe açıqlamalarından birində demişdi: "Xabinin biri gün "Bavariya"ya qayıdacağını düşünürəm. Futbolçu illərində belə, Alonso özünü məşqçi kimi görürdü. O, strategiya məsələlərində əladı və bir neçə dildə danışa bilir. Xabinin gələcəyi bura aiddi".
Sport7.az