Xanım döyüşçü beyin xəstəliyindən öldü

Xanım döyüşçü beyin xəstəliyindən öldü

Amerikalı qadın MMA döyüşçüsü Keti Kolins vəfat edib.

Sport7.az xəbər verir ki, 32 yaşlı idmançı beyin anevrizmasından dünyasını dəyişib. Bu barədə onun məşqçisi Cey Ti Tili "Facebook” hesabında məlumat verib.

Sentyabrın 20-də vəziyyəti pisləşən Keti Kolins insult keçirib və sentyabrın 25-də vəfat edib. Onun iki oğlu var.

Qeyd edək ki, Keti Kolins MMA-da "Qırmızı Əjdaha” ləqəbi ilə tanınıb. Bu turnirdə 12 döyüş keçirərək 7-də qalib gəlib, 5-də uduzub.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR