Xavi

Xavi "Barselona"da?

Qətər təmsilçisi "Əl-Sədd"in baş məşqçisi Xavi Ernandes "Barselona" ilə anlaşıb.

Sport7.az xəbər verir ki, bu iddia ilə "Daily Mail" nəşri çıxış edib. Məlumata görə Kataloniya klubunun sabiq kapitanı gələn mövsümdən komandanın sükanı arxasına keçəcək. İddiaya görə, hazırkı baş məşqçi Kike Setyenlə mövsümün sonunda yollar ayrılacaq. 40 yaşlı mütəxəssisin "Barsa" ilə 4 illik müqavilə bağladığı və illik məvacibinin 6 milyon avro olacağı yazılıb.
 
Xavi 1998-2015-ci illərdə "Barselona"nın formasını geyinib, 767 matçda iştirak edib, 27 titul qazanıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR