Xavi

Xavi "Barselona"ya gəlməyəcək?

Qətər təmsilçisi "Əl-Sədd”in baş məşqçisi Xavi Ernandes "Barselona”nı çalışdırmayacaq.
 
Sport7.az xəbər verir ki, bunun üçün ehtimal çox azdı. Çünki ispaniyalı mütəxəssis Qətər klubu ilə yeni müqavilə imzalayıb. Bu barədə "Əl-Sədd"in rəsmi saytı məlumat yayıb. Xavinin yeni müqaviləsinin müddəti 2020/21 mövsümünün sonuna qədər nəzərdə tutulub.
 
"Barselona”nın əfsanəvi futbolçusunun yeni mövsümdən sabiq komandasını çalışdırmağa razılıq verdiyi və hazırkı baş məşqçi Kike Setyeni əvəzləyəcəyi bildirilirdi. "Barselona"nın yetirməsi olan Xavi 17 il bu komandanın şərəfini qoruyub.
 
O, karyerasının son 4 ilini isə "Al-Sadd”ə keçirib. Xavinin komandası ötən il Qətər kubokunun sahibi olub.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR