Xəqani Məmmədovdan etiraf:

Xəqani Məmmədovdan etiraf: "Qarabağ"ın qolu..."

AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov Azərbaycan Premyer Liqasında XIV turun "Neftçi" - "Qarabağ" oyununda qonaqların vurduğu, lakin qeydə alınmayan qol haqda fikirlərini bildirib. 

Sport7.az xəbər verir ki, komitə sədri "Report"a açıqlamasında yan xətt hakiminin qərarını yanlış saydığını söyləyib.
Onun sözlərinə görə, həmin epizodda oyundankənar vəziyyət yox idi: "Çox çətin epizod idi. Həm Əfran İsmayılov, həm də İlqar Qurbanov hücumun önündə idi. Biz həmin epizodu müzakirə edirik. Zənnimcə, köməkçi hakim yanlış qərar verib".

Qeyd edək ki, "Neftçi" ilə qarşılaşmada "Qarabağ"ın futbolçusu İlqar Qurbanovun 2 qolu sayılmayıb. İlk epizodda oyundankənar vəziyyət aşkar görünsə də, ikincisində qərarın mübahisəli olduğu görünür. Qurbanovun qollarını yan xətt hakimi Mübariz Həşimovun bayrağı havaya qaldırmasından sonra baş hakim Ömər Paşayev ləğv edib. Oyun "Neftçi"nin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR