Xəyallar Polşa, gerçəklər

Xəyallar Polşa, gerçəklər "Qarabağ"

Bildiyiniz kimi, "Neftçi"dən ayrılan haitili futbolçu Donald Gerye yenidən sabiq klubu "Qarabağ"a qayıdıb.
 
Ancaq onun xəyalı karyerasına Polşada davam etmək imiş.
 
Sport7.az xəbər verir ki, bu barədə "Transfery.info" saytı məlumat yayıb. 
 
31 yaşlı futbolçu "Legiya" (Varşava) və "Visla" (Krakov) komandalarında oynamaq istəsə də, hər iki klub haitili oyunçuya maraq göstərməyib və Gerye bu səbəbdən "Qarabağ"la razılaşıb. 

Qeyd edək ki, Donald Gerye 2013 - 2016-cı illərdə "Visla"nın formasını geyinib. O, 2017 - 2019-cu illərdə də "Qarabağ"ın formasını geyinib. Ötən yay "Neftçi"yə keçən futbolçu bir müddət öncə "ağ-qaralar"ın sıralarını tərk edib. 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR