"Xəzər Lənkəran" ilin son matçına istirahətsiz hazırlaşır

Dünən doğma meydanda "Qarabağ” klubuna 2:3 hesabı ilə məğlub olan "Xəzər Lənkəran” istirahətsiz hazırlaşacaq. 

Sport7.az xəbər verir ki, komanda bu gün stadionun ehtiyat meydançasında oyunsonrası bərpa məşqini keçirəcək. Hazırlıq prossesinin ardından özünün baza-otelində dincələcək komanda daha iki gün burada məşq edəcək. 

Xatırladaq ki, "Xəzər Lənkəran” Premyer Liqanın XVIII turu çərçivəsində, dekabrın 21-də "Fırtınalar meydanı”nda AZAL klubunu qəbul edəcək. Bu oyun ilin son qarşılaşması olacaq və ardınca futbolçular yanvar ayının əvvəlinə qədər sərbəst buraxılacaqlar. 

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR